Ceyhun Cəlilov Naxçıvanın baş naziri vəzifəsindən azad edildi

12-11-2025, 18:14 114 dəfə baxılıb


Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Baş nazir Ceyhun Cəlilovun vəzifəsindən azad edilməsi məsələsinə baxıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Ali Məclisin Mətbuat Xidmətindən bildirilib.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bugünkü iclasının gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.


Muxtar Respublika Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 12 noyabr tarixli Sərəncamına əsasən, Naxçıvan MR Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Muxtar Respublikada Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Buna görə də Ceyhun Cəlilov baş nazir vəzifəsindən azad edilməlidir.


"Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi səsə qoyularaq qəbul olunub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031