Naxçıvanda bəzi dövlət qurumları LƏĞV EDİLDİ

12-11-2025, 13:24 105 dəfə baxılıb

 

Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil edilib.


Yenisirvanli.info.az  Modern.az-a istinadla xəbər verir ki, nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub.


Yeni sərəncama əsasən, nazirliyin regional mədəniyyət idarələri yaradılıb.


Bundan sonra nazirliyin cəmi 3 regional mədəniyyət idarəsi olacaq.


Belə ki, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək və Şahbuz Rayon Mədəniyyət şöbələrinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi, Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi, Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında isə Culfa Regional Mədəniyyət İdarəsi yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031