Zakir Qaralovun vergi borcu ikiqat artıb

11-11-2025, 12:28 115 dəfə baxılıb

 

Keçmiş baş prokuror Zakir Qaralova məxsus "Akkord Korporasiyası" ASC-yə daxil olan müəssisələrdən birinin vergi borcu əhəmiyyətli dərəcədə artıb.


Yenisirvanli.info.az  "Teleqraf"a istinadən xəbər verir ki, "Akkord-Mingəçevir Maşınqayırma Zavodu"nun vergi borcu 50 min manatı ötüb. Müqayisə üçün, 2020-ci ildə zavodun vergi borcu cəmi 20 min manat idi.


Şirkətin qanuni təmsilçisi Eyvaz Həsənovdur. Zavodun nizamnamə kapitalı 193 min manat təşkil edir.


Məlumat üçün bildirək ki, Zakir Qaralova məxsus olduğu deyilən 20-dən çox şirkətin külli miqdarda vergi borcu yaranıb.


Qaralova məxsus "Qazax Sement Zavodu", "Akkord General Construction", "Akkord Asfalt", "Akkord Hydrotechnical Construction Company", "Akkord Mənzil Kommunal Təsərrüfatı Birliyi", "Akkord Mərmər Qranit", "Akkord Novanord Construction", "Akkord Nəqliyyat", "Steel Force Construction Company", "Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası", "Akkord Tekstil", "Building Construction Group", "Property Investments", "Accopen", "Hydraulic Mechanisms Company", "Property Investments-1" və digərləri şirkətlərin ümumi vergi borcunun məbləği təxminən beş milyon manata yaxındır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031