Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

5-11-2025, 17:22 123 dəfə baxılıb


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 5-də Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Douti ilə görüşüb.


Yenisirvanli.info.az  xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.


"Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Douti ilə strateji tərəfdaşlıq ruhunda məhsuldar görüş keçirdim. Görüş zamanı əlaqələrimizi genişləndirmək və dərinləşdirmək məqsədilə nəqliyyat əlaqələri, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlər üzrə müzakirələr apardıq. Həmçinin buaxşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladım!" - paylaşımda qeyd olunub.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031