Nazirdən Ramiz Mehdiyevin qohumunun yerinə TƏYİNAT

4-11-2025, 17:48 114 dəfə baxılıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunub.


Yenisirvanli.info.az  "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət kapitanı Yaşar Şükürlü təyin edilib.


Qeyd edək ki, bir neçə ay əvvəl Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini, daxili xidmət polkovniki Elvin Xanlar oğlu Mehdiyev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.


Elvin Mehdiyev 2024-cü ilin iyul ayında Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunmuşdu. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031