İlham Əliyev ASB-nin 2026-cı ildə Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil

30-10-2025, 15:22 135 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin (ASB) 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə "Caliber.Az" mənbələrə istinadən yazıb.


"İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş (sülh sazişi - red.) imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksəksəviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilərdi. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir", - deyə qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031