Bərdənin Qarayusifli kəndinin raket atəşinə tutulmasından beş il keçir

27-10-2025, 08:48 136 dəfə baxılıb


Bu gün Bərdənin Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından beş il keçir.


Yenisirvanli.info.az  xatırladır ki, Ermənistan beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə Qarayusifliyə zərbələr endirib.


Nəticədə, aralarında uşaq və qadınlar da olmaqla beş dinc sakin həlak olub, 14 mülki şəxs yaralanıb.


Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan Ordusu dinc sakinlərin qisasını döyüş meydanında alıb.


Xatırladaq ki, Bərdə şəhərinin 5, 8, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031