Əli Əliyev: "Azad edilmiş ərazilərdə poçt şöbələri fəaliyyətə başlayıb"

15-10-2025, 13:28 93 dəfə baxılıb

 

"Azad edilmiş ərazilərdə poçt və rabitə xidmətləri ilə bağlı görülən işlər açıqlanıb".


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) baş kommunikasiya inzibatçısı Əli Əliyev 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ("Caspian Construction Week") ikinci günündə məlumat verib.


O qeyd edib ki, azad edilmiş ərazilərdə "Azərpoçt" MMC tərəfindən poçt xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:


"Hazırda Xocavənd rayonunun Hadrut qəsəbəsində, Zəngilan rayonunun Ağalı kəndində, Xankəndidə, Şuşada, Laçın və Kəlbəcər rayonlarında "Azərpoçt" MMC-nin poçt şöbələri fəaliyyətə başlayıb.


Ərazilərin bərpası prosesində dəqiq və operativ informasiya təminatını gücləndirmək məqsədilə peyk texnologiyalarından geniş şəkildə istifadə olunur. "Azərkosmos" tərəfindən fiber-optik xətlərin və digər rabitə infrastrukturunun hələ mövcud olmadığı ərazilərdə peyk texnologiyaları vasitəsilə internet və daxili şəbəkə xidmətləri təmin edilir".


"Nəqliyyat, rabitə və rəqəmsal infrastruktur sahələrində növbəti mərhələdə aidiyyəti qurumlarla sıx və koordinasiyalı şəkildə əməkdaşlıq davam etdiriləcək", - deyə Ə.Əliyev vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031