Bakı metrosunda qatarlar gecikir: "Hətta tunellərdə də dayanmışıq"

9-10-2025, 08:44 95 dəfə baxılıb

 

Bu gün səhər saatlarından metro qatarlarının hərəkətində ləngimələr olub.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayətlər yazılıb.


Sərnişinlərdən biri qeyd edib ki, bu gün səhərdən qatarlar bütün stansiyalarda normadan artıq dayanıb.


"Hətta stansiyalararası tunellərdə də dayanmışıq", - deyə sərnişin yazıb.


Digər sərnişin isə yazıb: "Qatar niyə tərpənmədən, qapıları bağlamadan altı dəqiqə, düz altı dəqiqə stansiyada dayanmalıdır?"


Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu verilib. Hələlik qatarların ləngimə səbəbi məlum deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031