Qoşqar Təhməzli: "Naxçıvan Muxtar Respublikasında halal sənayenin inkişafı üçün münbit şərait yaradılıb"

7-10-2025, 12:17 80 dəfə baxılıb

 

"Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Naxçıvan Muxtar Respublikasında halal sənayenin inkişafı üçün münbit şərait yaranacaq".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunun açılış mərasimində çıxışı zamanı deyib.


O bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Naxçıvan Muxtar Respublikasında ÜST tərəfindən xəstəlikdən azad zonalar elan olunub.


"Xəstəlikdən azad zonalarda xüsusilə təhlükəli heyvan xəstəliklərindən azad status əldə olunduqdan sonra o ərazilərdə halal sənayenin inkişafı üçün münbit şərait yaranacaq. Fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarını həm Naxçıvan Muxtar Respublikasında, həm də işğaldan azad olunmuş ərazilərdə bu işdə yaxından iştirak etməyə dəvət edirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031