Məleykə Abbaszadə: "Təhsilə maliyyə vəsaiti büdcəyə qənaət üçün ayrılmayıb"

26-09-2025, 19:37 81 dəfə baxılıb

 

"Magistratura qəbul zamanı boş qalan dövlət sifarişli yerlər istiqamətlər üzrə paylanıb".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.


O bildirib ki, maliyyə vəsaiti insanların təhsil almaları üçün ayrılıb:


"Müəyyən ixtisaslar var ki, onlarda müsabiqə vəziyyəti daha yüksəkdir. Bəzi ixtisaslarda isə müsabiqə vəziyyəti elə də yüksək deyil.


Magistraturada da, bakalavriat səviyyəsində də adambaşı maliyyələşdirmə həyata keçirilir. Hər bir proqram üzrə bizə dövlət proqnoz planı verir ki, neçə nəfər dövlət hesabına oxuya bilər. Biz bu yerləşdirməni apardıqdan, müsabiqə yekunlaşdıqdan sonra müəyyən ixtisaslarda dövlət sifarişli boş yerlər qalır. Məsələn, kənd təsərrüfatı tipli ixtisaslar.


Müəyyən ixtisaslarda isə dövlət sifarişli yerlər dolub və tələbələrin bir qismi ödənişli əsasla qəbul olub. Təhsilə maliyyə vəsaiti büdcəyə qənaət üçün ayrılmayıb. Bu səbəbdən Elm və Təhsil Nazirliyi (ETN) ilə razılaşma əsasında həmin boş qalan dövlət sifarişli yerləri istiqamətlər üzrə payladıq. Bu yerlər ixtisas yerləri deyil, ödənişsiz təhsil almaq hüququdur.


Biz bakalavriat əmrlərini də bu yaxınlarda göndərdikdən sonra da ETN ilə müzakirə edəcəyik. Baxacağıq ki, hansı istiqamətlərdə dövlət sifarişli boş yerlər qalıbsa, maliyyə vəsaitindən istifadə etmək üçün hansısa yerləşdirmə aparacağıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031