Xankəndidə Şəhər Günü keçirilib

20-09-2025, 19:17 114 dəfə baxılıb


Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə Xankəndi şəhərində təntənəli konsert proqramı təşkil olunub.


Yenisirvanli.info.az  xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən qeyd edilən bu əlamətdar gün xalqımızın qürur və zəfər tarixinin təcəssümü kimi böyük coşqu ilə qeyd edilib.


Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramında tanınmış incəsənət xadimləri, musiqiçilər və rəqs ansamblının kollektivi çıxış ediblər.


Tədbirə həm Xankəndidən, həm də ölkənin müxtəlif bölgələrindən minlərlə insan qatılıb. Şəhər meydanında qurulan səhnədə səslənən musiqilər, ifa olunan mahnılar təqdim edilən rəqs nömrələri, Xankəndinin azad ruhunu əks etdirən konsert proqramı hər kəsdə böyük qürur və fərəh hissi, xoş ovqat yaradıb.


Bu gün Xankəndidə səslənən musiqi sədaları, həm də Azərbaycan xalqının zəfər iradəsinin, doğma torpaqlarımıza qayıdışının sədası olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031