Ruanda prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

20-09-2025, 18:37 83 dəfə baxılıb


Sentyabrın 20-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.


Yenisirvanli.info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.


Ruanda prezidentinə "ASAN xidmət" modeli ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilat ilə müqavilə imzalandığı diqqətə çatdırılıb.


Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət" konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.


"ASAN xidmət" təcrübəsinin Ruanda tərəfi ilə paylaşılması məqsədilə əməkdaşlıq əlaqələri 2024-cü ilin noyabr ayında COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş Ruanda prezidenti ilə Prezident İlham Əliyev arasında keçirilən görüşün yekunlarına əsasən qurulub.


Bu çərçivədə cari ilin iyun ayında dövlət agentliyi ilə Ruandanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.



 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031