Səkkiz ayda 81 nəfər qəfildən qatarların qarşısına çıxıb
Bu ilin yanvar-avqust aylarında 81 nəfər qəfildən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına çıxıb.
Yenisirvanli.info.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bunun nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb:
"ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: