Azərbaycan əhalisinin son sayı - Açıqlandı

12-09-2025, 14:21 144 dəfə baxılıb

 

Ölkə əhalisinin sayı ilin əvvəlindən 20654 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10245543 nəfərə çatıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 1 sentyabradək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 18167 nəfərdən ibarət 4591 ailənin qayıdışı təmin edilib.


Həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 36012 nəfər təşkil edib.


Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 55329 nəfər olub.


Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031