Boş qalan yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır

9-09-2025, 09:28 114 dəfə baxılıb

 

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə bu gün saat 11:00-da start veriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) portal.edu.az sistemindən qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 15 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031