Hesablama Palatasından XƏBƏRDARLIQ

8-09-2025, 18:20 123 dəfə baxılıb

 

Azərbaycan Hesablama Palatası 2025-ci ilin ilk yarısına dair dövlət büdcəsinin icrası üzrə təhlillərində bir sıra risklərlə bağlı xəbərdarlıq edib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, baxılan dövrün nəticələri müsbət meyillərlə yanaşı, müəyyən problemlərin də mövcudluğunu ortaya qoyur.

Palatanın açıqlamasına görə, dövlət büdcəsi gəlirlərinin artımında əsas pay neft gəlirlərinə, xüsusilə Azərbaycan Dövlət Neft Fondundan transfertlərə məxsus olub. Belə ki, bu ilin yanvar-iyun aylarında gəlirlər 961.1 milyon manat artsa da, bunun 728.9 milyon manatı və ya 75.8%-i məhz neft gəlirlərinin hesabına təmin edilib.

Hesabatda qeyd edilir ki, bəzi hallarda gəlirlərin icrası zamanı hüquqi aktlarda edilmiş dəyişikliklər nəzərə alınmayıb. Məsələn, ləğv edilmiş dövlət rüsumu üzrə 1.2 milyon manat vəsait yenə də büdcəyə daxil edilib.

Qurum, həmçinin vurğulayıb ki, bəzi xərc istiqamətləri üzrə büdcə intizamı aşağı səviyyədə qalmaqdadır. Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17.1 milyard manat icra olunub ki, bu da illik təsdiq edilmiş məbləğin cəmi 41.3%-ni təşkil edir.

Digər mühüm məqam isə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilməsi olub. Halbuki "Büdcə sistemi haqqında" Qanunda belə bir mexanizm nəzərdə tutulmayıb. Hesabat dövründə bu məqsədlə 1.4 milyard manata yaxın vəsait istifadə edilib.

Hesablama Palatası, həmçinin Təminat Fonduna qaytarılması nəzərdə tutulan vəsaitlərin icrasının aşağı olduğunu açıqlayıb. Belə ki, cari ildə qaytarılması nəzərdə tutulan 203.7 milyon manatdan yalnız 10.7 milyon manatı bərpa olunub.

Sənəddə əlavə olaraq qapalı hərrac mexanizminin də uzunmüddətli perspektivdə risklər yaratdığı bildirilib. Qurum qeyd edib ki, bu mexanizm qısamüddətli öhdəliklərin idarəedilməsində effektiv olsa da, yeni investorların bazara cəlb edilməməsi likvidlik imkanlarını məhdudlaşdırır və borc bazarının şaxələnməsi potensialını azaldır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031