Bakının mərkəzində bəzi avtomobil yollarının ləğv edilməsinə başlanıldı

8-09-2025, 13:32 3 dəfə baxılıb

 

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, artıq bir müddətdir, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq-quruculuq işləri aparılır. İşlər çərçivəsində döşəmə örtüyü yenilənir, piyadayönümlülük yaradılır və həmin ərazinin müyəssərliyi təmin edilir. Eyni zamanda, müvafiq qurumlar tərəfindən ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri aparılır.

Gələcəkdə bu layihənin digər ərazilərdə də tətbiqi və ətraf ərazilərin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Sözügedən layihə həm də şəhərin ümumi görünüşünə, estetikasına da müsbət təsir göstərir.

Həmçinin İslam Səfərli küçəsində yeni yaşıllıq ərazilərin salınması nəzərdə tutulub.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031