600-dən yuxarı bal toplamış 10 abituriyent universitetə daxil OLA BİLMƏYİB

23-08-2025, 10:51 142 dəfə baxılıb

 

Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, ixtisas seçimindən öncə müsabiqə vəziyyəti təhlil olunarkən xüsusilə IV ixtisas qrupunda tibb ixtisasını seçmək istəyən abituriyentlərə öz istəkləri ilə yanaşı, müsabiqə vəziyyətinin reallıqlarının nəzərə alınması tövsiyə olunub:

“Lakin bəzən abituriyentlər yenə də məhdud sayda ixtisas seçirlər. Məsələn bu qrupda 10 abituriyent 600-dən yuxarı bal toplasa da, ərizələrində məhdud sayda ixtisas kodu göstəriblər və nəticədə müsabiqədən keçməyiblər. Həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul olunublar və keçid balı yüksək olub”.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031