Şərurlu İsfəndiyar icra məmurumun qərarı ilə razılaşmır - “Bu pulu vermək bizi yandırır”

22-08-2025, 12:19 255 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, "Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun bahalı avtomobilləri üzərinə həbs qoyulub. İcra məmuru iş adamının 482.000 ABŞ dolları borcunun olması ilə bağlı belə qərar qəbul edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, İsfəndiyar Axundov icra məmurumun qərarı ilə razılaşmır.

Bu barədə açıqlama yayan Axundov hesab edir ki, həbs qoyulan 9 avtomobilin qiyməti borcundan qat-qat çoxdur: "Hər şeyimizə həbs qoyublar. Min nəfər işçimiz var, ayda bir milyon manat da vergi veririk. O borcu mən ödəyərəm. Bizim üçün çətin deyil, 1-2 illik pulumuzu yığıb verərik. Amma bunu vermək bizi yandırır, göynədir. Bizə qarşı heç bir sənəd yoxdur. Əgər dediklərimdə bir kəlmə yalan varsa, mənə ən ağır cəza verilsin. Bir daha deyirəm, lazımdırsa, o pulu ödəyərəm. Ancaq xahiş edirəm, bu məsələ araşdırılsın".

Qeyd edək ki, məhkəmə "Şərur" MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı ləğv edib. Apellyasiya instansiyası qərarı təsdiq edənə kimi avtomobillərin üzərindəki həbs qüvvədə qalacaq. 

"Şərur" MTK-ya məxsus sözügedən avtomobillər aşağıdakılardır:

- "Lx 600" MİNİK markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- "Lamborghini" markalı "YA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- "Toyota Hilux minik" markalı, "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- "Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy" markalı, "JN" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- "Kia Rio minik" markalı, "PF" və "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- "Kia Carnival" markalı, "AT" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031