“Bolt”da endirim qalmaqalı: Sürücülər şirkətin acığını sərnişinlərdən çıxırlar?

6-08-2025, 09:48 192 dəfə baxılıb

 

“Bolt” tətbiqindən istifadə edənlər çətinliklə qarşılaşıblar.

Tətbiqdən istifadə edən sürücülər şirkətin sərnişinlərə həddən artıq endirim etməsindən narazıdırlar.

Onların sözlərinə görə, 15 manat yazılan gedişin sonunda sərnişin endirim edildiyi üçün cəmi altı manat ödəyir.

Bəzi sürücülər isə qeyd ediblər ki, sərnişin ilə əlaqə saxladıqda iki manatdan artıq endirim edildiyi bildiriləndə sifarişi ləğv edirlər.

Həmçinin tətbiqdən istifadə edərək taksi sifariş edən sərnişinlər isə gözləmə müddətinin çox olmasından şikayətçidirlər.

 

“Mənzilbaşına çatmaq üçün taksi sifariş etdikdə gözləmə müddəti yarım saat, bir saat göstərir. Yarım saat ərzində 13-15 avtomobilin dəyişdiyi hallar da baş verir”, – sərnişinlər qeyd ediblər.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib. Oxu.az


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031