Bakıda su çatışmazlığı: Problemi yaradan kənddən gələnlərdir? - Video

28-07-2025, 11:24 215 dəfə baxılıb

 

Artıq bir həftədən çoxdur ki, Bakıda su qıtlığı müşahidə olunur. Paytaxtın bir çox rayonunda su gündüz və ya axşam-gecə saatlarında kəsilir, bəzi ərazilərə isə su müəyyən qrafiklə verilir və ya ümumiyyətlə, bir neçə gün ərzində gəlmir.

Yenisabah.az xəbər verir ki, problem Baku TV-də yayımlanan “Aktual gündəm” verilişində müzakirə olunub.

Veriliş zamanı “Hidroloq” MMC-nin əməkdaşı Cavid Hüseynov Bakıda su böhranının əsas səbəblərindən biri kimi rayon sakinlərinin kütləvi şəkildə Bakıya köçməsini göstərib.  

“Bakıda mövcud vəziyyətə gətirib çıxaran əsas səbəb yalançı urbanizasiyadır. Bu, inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrə xas olan sosial prosesdir. Azərbaycanda da oxşar vəziyyət yaranıb. Rayonlardan paytaxta kütləvi miqrasiya nəticəsində mövcud su təchizatı infrastrukturu bu artımı qısa müddət ərzində qarşılaya bilmədi”, – deyə o qeyd edib.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031