Azərbaycanlı alim yoxa çıxdı - aylardır xəbər yoxdur

25-07-2025, 11:27 552 dəfə baxılıb

 

Tehrada həbsdə saxlanılan İsveç-İran ikili vətəndaşı Əhmədrza Cəlali barədə 1 aydır məlumat əldə etmək mümkün olmayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu haqda onun həyat yoldaşı Vida Mehranniya özünün X səhifəsində paylaşım edib.

Əhmədrza barədə son dəfə 1 ay əvvəl məlumat əldqılarını deyən Mehranniya Tehran hökumətinin alimə qarşı münasibətini qeyri-insani adlandırıb:

"Onun taleyi barədə suallarımz qarşısındakı bu susqunluq qəddar və qeyri-insanidir. Cavab tələb edirik: Əhməd Rza haradadır? O necədir?"

Tehranın Evin həbsxanasında saxlanılan Ə.Cəlali iyunun 23-də İsrailin həbsxananın inzibati binasına zərbəsindən sonra oradan naməlum yerə köçürülüb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi "İsrailə casusluq" ittihamı ilə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq olunub.Milli.az


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031