Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı

17-07-2025, 09:49 242 dəfə baxılıb

 

Azərbaycanda 2025-ci ilin əvvəlinə olan rəqəmlərə görə əlilliyi olan şəxslərin sayı 498 min 442 nəfərdir.

Ötən illə müqayisədə bu rəqəm 5243 nəfər və ya 1% azdır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, son rəqəmlərə görə, ölkədə 18 və yuxarı yaşda əlilliyi olan 454 min 944 şəxs var. Onların 64 min 187-si orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərdir. Orqanizmin 61-80 faiz pozulmasına görə əlilliyi olan 265 min 128 nəfər, 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər isə 125 min 629 nəfərdir.

Bundan başqa, əlilliyi olan uşaqların sayı (18 yaşadək) 43 min 498 nəfər təşkil edir.

Xatırladaq ki, hazırda ölkədə orqanizmin funksiyalarının 81–100 %, 61–80 %, 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə müvafiq olaraq 600, 500, 400 manat müavinət verilir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031