Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz – Bu dəfə 5 gün

9-07-2025, 21:34 228 dəfə baxılıb

 

Qarabağa səfər edənlərin orada qalma müddəti artırılıb.

 YeniSirvanli.İnfo.az bildirir ki, indi azad olunmuş ərazilərə səfər edənlər Qarabağda 5 gün qala biləcəklər.

Belə ki, fərdi minik avtomobillərinin sahibləri, Azərbaycan vətəndaşları “yolumuzqarabaga.az” portalı vasitəsilə artıq 5 günlük icazə əldə edə biləcəklər.

İcazələr iki gün öncədən alınmalıdır. Ümumilikdə nəqliyyat vasitəsində 9 nəfər ola bilər.

Yeniliyə əsasən, vətəndaşlar özləri qeydiyyatdan keçmədən də Qarabağ səfər edə bilərlər. Əgər vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hoteldə rezervasiya edərsə, əlavə müraciətə ehtiyac qalmır. Bu şəxslər adından giriş icazəsi hotel tərəfindən alınır.


 YeniSirvanli.İnfo.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031