Bu gün Zəhra Quliyevanın anım günüdür

4-07-2025, 10:53 362 dəfə baxılıb

 

2017-ci ilin iyul ayında baş verən erməni təxribatına qurban gedən Zəhranın bu gün anım günüdür.

 Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, 2017-ci ilin iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva qətlə yetirilib. Eyni zamanda atəş nəticəsində Sərvinaz Quliyeva yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Zəhranın ölümündən sonra sosial şəbəkələrdə geniş "I am Zahra" aksiyası keçirilib, onun faciəsi ilə bağlı kitablar yazılıb.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031