Bakının bu ərazilərindən uzaq durun! - Təhlükə var

18-06-2025, 10:26 159 dəfə baxılıb

 

Statistikaya görə, Bakı şəhəri əsəb sistemi və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin sayına görə ölkə üzrə liderdir. Belə ki, Azərbaycanda bu xəstəliklərdən əziyyət çəkənlərin sayı 296,225 nəfərdir. Onların təxminən 42 faizi paytaxtda yaşayır. Maraqlıdır ki, Suraxanı rayonu bu kateqoriyada 16,869 nəfərlə ilk yerdə durur, ən az göstərici isə 127 nəfərlə Pirallahı rayonunda qeydə alınıb. Rəqəmlər rayonlar arasında ciddi fərqlərin olduğunu göstərir.

Niyə bəzi rayonlarda əsəb sistemi xəstəliklərinin sayı digərləri ilə müqayisədə bu qədər yüksəkdir?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, rayonlardan gələn insanlar iş, təhsil və digər məqsədlərlə Bakıda məskunlaşırlar:

“Bu da təkcə səhiyyə yox, digər sahələrdə yüksək statistik göstəricilərə gətirib çıxarır. Paytaxtda həyat tempi yüksəkdir – sıx yaşayış, səs-küy, nəqliyyat stressi, uşaqların psixoloji yükü – bunlar hamısı əsəb sistemi xəstəliklərinin artımına təsir göstərir. İnsanlar işsizlik və maddi çətinliklərlə üz-üzə qalırlar. Gündəlik həyatın yaratdığı daimi stress, depressiya əsəb sisteminə ciddi şəkildə təsir edir, əlavə stres yaradır”.

Mütəxəssis bildirib ki, Bakıda xəstəlikdən əziyyət çəkənlər üçün ekoloji faktor da böyük rol oynayır:

“Burada havanın, suyun çirkliliyi, xüsusilə Suraxanıda neft sənayesinə görə ekoloji vəziyyətin daha ağır olması sağlamlığa, sinir sisteminə böyük təsir edir. Pirallahı kimi ərazilərdə isə əhali sayı azdır və bu da xəstəliklərin ümumi sayını aşağı salır. Sosial həyat daha sakit və az streslidir, nisbətən təbiətə yaxın, şəhər kənarı həyat rahatdır”.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031