Qeyri-sabit hava şəraiti ilə bağlı mühüm xəbər

16-06-2025, 10:35 505 dəfə baxılıb

 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir.

Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

İyunun 15-i saat 17:35-17:41 radələrində Tovuz rayonunun Əsrikçay-Əsrikcırdaxan ərazisinə diametri 12 mm olan dolu düşüb.

Altıağac, Daşkəsən, Qax (Sarıbaş), Şəki, Qrız, Qusar, Lerik duman müşahidə olunur, görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031