3 yaşa qədər uşağı olan anaları SEVİNDİRƏCƏK XƏBƏR

12-06-2025, 11:44 405 dəfə baxılıb

 

Azərbaycanda 3 yaşınadək uşağa baxan valideynlər üçün çevik və qısaldılmış iş rejiminin tətbiqi təklif olunur.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə edilib.

Deputat Fatma Yıldırım bildirib ki, azyaşlı uşağa qulluq edən, eyni zamanda işləmək istəyən çox sayda valideyn var:

"Onların işləməsi üçün onlayn və çevik iş rejimi yaradılmalıdır. Bu rejim qanunla tənzimlənməlidir ki, həm valideynin hüquqları qorunsun, həm də uşağa qulluq imkanı olsun".

Deputat qeyd edib ki, bu sahədə yeni mexanizm hazırlanmalıdır. Çünki bir çox ölkələrdə belə təcrübə var və yaxşı nəticə verir. Biz də bu təcrübəni nəzərə alıb təkliflər hazırlamalıyıq.

Qeyd edək ki, dünya təcrübəsi göstərir ki, bir çox inkişaf etmiş ölkələrdə valideynlərə xüsusi iş şəraiti yaradılır. Məsələn, Almaniyada "Elternzeit" adlı sistem var. Bu sistemə görə, valideynlər müəyyən müddətə işdən azad olunur, lakin onların iş yeri saxlanılır. Onlara çevik və qısaldılmış iş rejimi təklif edilir.

İsveçdə isə valideynlər uşaqları 8 yaşına çatana qədər çevik iş saatlarından istifadə edə bilirlər. Hökumət bu dövrdə valideynə maliyyə dəstəyi də verir. Finlandiyada analar və atalar üçün uzunmüddətli valideyn məzuniyyəti və evdən işləmək imkanları mövcuddur.BAKU.WS 


 

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031