Bu şəxslər pensiyaya daha erkən çıxa bilər – RƏSMİ

21-05-2025, 10:10 261 dəfə baxılıb

 

Sığortaolunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin müddət üzrə sığorta stajı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrə əsasən nəzərə alınır.

Bu proses necə tənzimlənir, vətəndaş hara və hansı sənədlərlə müraciət etməlidir?

Qeyd edilib ki, pensiya yaşına çatmış və ya əlilliyi müəyyən edilmiş sığortaolunan qulluqetmə müddətinin iş stajına daxil edilərək əmək pensiyası hüququna baxılması üçün qeyd olunan sənədlərlə istənilən DOST mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun istənilən aidiyyəti struktur bölmələrinə müraciət edə bilər.

Onlar pensiyaya erkən yaşda çıxa bilərlər?

“Əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlər də nəzərə alınmaqla yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Bu güzəşt kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.

Əlilliyi müəyyən edilmiş şəxsə qulluq etmə ilə bağlı erkən pensiya hüququ isə qanunvericilikdə nəzərdə tutulmayıb”, – məlumatda bildirilib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031