DİQQƏT: İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq

20-05-2025, 10:09 163 dəfə baxılıb

 

İran Kənd Təsərrüfatı Nazirliyinin verdiyi bəzi qərarlar səbəbindən ölkədə istehsal olunan süd və süd məhsullarının 42 faiz bahalaşacağı gözlənilir.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, yerli ekspertlər bunu istehsalçıdan alınan südün qiymətinin qalxması ilə əlaqələndirib.

Onlar bildiriblər ki, KTN indiyə qədər bir litri 18 min tümən (30 qəpik) olan südün alış qiymətini 23 min tümənə (40 qəpiyə) qaldırıb. Bunun isə süddən alınan məhsulların maya dəyərinə ciddi təsir edəcəyini düşünürlər. İlkin hesablamalar budur ki, süd, yağ, qaymaq, xama, pendir və ayran ən azı 42 faiz bahalaşacaq.

Qeyd edək ki, hazırda İrandan Azərbaycana bir sıra ərzaq məhsulları gəlir. Onların arasında süd və süd məhsulları üstünlük təşkil edir. Böyük ehtimalla İranda baş verən bahalaşma Azərbaycana gətirlən ərzaq məhsullarının da qiymətinin artmasına səbəb olacaq.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031