Hacı Vəliyev göz institutuna göndərilməsini istəyir
“Gənc Qazilər” İctimai Birliyinin (İB) həbsdə olan sədri Hacı Vəliyev bildirib ki, göz institutunda müalicə və müayinəsinə ehtiyacı var. Bu barədə Birliyin yaydığı açıqlamada qeyd edilir.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, açıqlamaya görə, bu gün, mayın 12-də Hacı Vəliyev ailə üzvlərinə deyib ki, gözünün yeri irinləməyə başlayıb, saxlandığı yerdə gözünü dezinfeksiya etmək üçün yetərli tibbi yardıma şərait yoxdur.
Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. AzadlıqRadiosu
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: