Diqqətli olun! “Bolt” kartınızdan pul silə bilər – Foto

12-05-2025, 11:41 108 dəfə baxılıb

 

“Bolt” taksi sistemi elə qurulub ki, sifariş gəlməsə də, kartınızdan ödəniş silinir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu məsələni sözügedən şirkətin taksilərindən tez-tez istifadə edən Nazı Fasadova bildirib. O qeyd edib ki, problemlə əlaqədar özlərinə bildirəndə də maraqlanmırlar:

“Şikayətim “Bolt”dandır. Səhər taksi sifariş etdim və sürücü tapılmadığı üçün sifariş proqram tərəfindən ləğv olundu. Bu haqda proqramın özündə də əks olunub və gedişhaqqı 0 qeyd olunub. Üzərindən 1 saata yaxın vaxt keçdikdən sonra kartımdan gedişhaqqı çıxılıb. Dəstək xidmətinə yazıram “yola verir””.

Qeyd edək ki, son vaxtlar “Bolt” taksi xidməti ilə bağlı bu tip şikayətlər həddən artıq artıb. Şirkət isə hələlik məsələyə aydınlıq gətirmir.

Qarşı tərəfi dinləməyə hazırıq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031