Kartdan oğurlanan pulları geri qaytarmaq mümkündür – Hansı addımları atmaq lazımdır?

4-05-2025, 17:19 214 dəfə baxılıb

 

Hər gün onlarla şəxsin bank kartından vəsaiti oğurlanır. Bu problemin hələlik tam həlli mümkün olmayıb. Başqa sözlə, hələ də kart məlumatlarını başqalarına ötürən və ya etibarsız platformalarda paylaşan insanlar az deyil. Nəticədə kiberdələduzlar kartdakı vəsaiti son qəpiyinə qədər başqa hesablara köçürürlər.

Bəs hansı hallarda kartlardan və ya elektron pul kisələrindən oğurlanan vəsaitin geri qaytarılması mümkündür?

Yenisirvanli.İnfo.Az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi bildirir ki, kartdan vəsait çıxarıldıqdan sonra 1 saat ərzində aidiyyəti orqanlara məlumat verilməzsə, həmin pul artıq ölkədən çıxarılır.

Kartdan vəsait oğurlandıqda ilk bir saat ərzində məlumat verməyin vacibliyinə toxunan kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə bildirir ki, bu müddət “kritik zaman pəncərəsi” hesab olunur. Banklar və ödəniş sistemləri həmin vaxt ərzində əməliyyatı izləmək, dayandırmaq və ya bloklamaq imkanına malikdirlər. Əks halda, vəsait ölkə xaricinə, kriptovalyutaya və ya anonim hesablara yönləndirilə bilər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031