Bakının bu ərazisində nəhəng park salınır

3-05-2025, 10:18 110 dəfə baxılıb

 

Bakının Xətai rayonundakı mövcud "Sevgililər Parkı"nın ərazisi genişləndiriləcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat verib. Məlumata görə, parkın davamının dizayn layihəsi, konsept layihəsi hazırlanaraq təsdiq ediləcək.

Bundan əlavə, layihədə parkın davamının şəhərsalma əsaslandırılması, baş planı, memarlığı, elektrik təchizatı, yanğın siqnalizasiya, videomüşahidə və su və kanalizasiya sistemi, eləcə də parkın işıqlanması, parkda Wi-Fi sistemi və s. məsələlər öz əksini tapacaq. Bundan başqa, paytaxtda 5 ha ərazidə yeni salınacaq parkın da layihəsi hazırlanacaq.

Həmçinin Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri aparılacaq.

Bildirilib ki, hazırda bununla layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

BŞİH layihələrin hazırlanmasını "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, layihələrin hazırlanması 3 milyon manata başa gələcək.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031