Növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

1-05-2025, 18:39 50 dəfə baxılıb

 

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızıda cənub-qərb küləyi əsəcək.

Bununla yanaşı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar, Qobustan, Şirvan, Şamaxı, İsmayıllı, Biləsuvar, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Saatlı, Sabirabad, İmişli, Bərdə, Tərtər və Ağdamda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031