İranla sərhədin açılması müjdəsi verildi – AÇIQLAMA

Dünən, 18:30 191 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, 2023-cü ilin may ayında Azərbaycanda fəaliyyəti dayandırılan İran Milli Bankının Bakı filialı yenidən işini bərpa edib. Bu hadisə az öncə İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri ilə əlaqələndirilir.
Yeri gəlmişkən, İran prezidenti səfər öncəsi Azərbaycanla İran arasında quru yollarının açılması məsələsinə də toxunmuş, bunun vacibliyini bildirimişdi. Ehtimal olunur ki, səfər zamanı prezidentlər arasında bu məsələ də müzakirə olunub.
Bu baxımdan yaxın zamanlarda İranla quru sərhədləri açıla bilərmi?
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu məsələ İranda da aktualdır və bəzi rəsmilər bunu mümkün sayırlar.
İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sədif Bədri bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Bakıya son səfəri zamanı İran tərəfi bəzi məsələləri, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələrin gediş-gəlişinin asanlaşdırılması və sərnişin daşımaları üçün quru sərhədin açılması məsələsini qaldırıb:
Bakupost.az
“Azərbaycan tərəfi bu məsələni diqqətlə araşdıracaq. Bu səfər zamanı əldə olunan digər razılığa əsasən, Tehranın İmam Xomeyni hava limanından, eləcə də Təbriz, Ərdəbil, Məşhəd və İsfahan hava limanlarından iki ölkə arasında uçuşların gücləndirilməsi hər iki tərəfin müvafiq nazirlərinin gündəliyinə salınıb”.
Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvü Aydın Mirzəzadə də açıqlamasında bunu istisna etməyib:
Bakupost.az
“Səfər zamanı quru sərhədlərin açılması barədə məlumat verilmədi. Amma görünən odur ki, artıq Azərbaycan və İran ikitərəfli münasibətlər fonunda mehriban qonşuluq prinsiplərini irəli sürürlər. İki ölkəni yaxınlaşdırmaq üçün nə mümkündürsə, ediləcək. Hər halda hakimiyyət bütün məsələləri götür-qoy edərək belə bir qərara gəlib. Şərait yetişən kimi, yəqin ki, bu məsələ də həll ediləcək.” /BakuPost/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031