Bu halla qarşılaşsanız, bilin ki, DƏLƏDUZLUQDUR – DİN rəsmisi

28-04-2025, 16:26 188 dəfə baxılıb

 

Şənbə və bazar günləri 17 nəfərin ehtiyatsızlıqdan bank kartlarını talayıblar. Ən yüksək 2500, ən kiçik məbləğ 20 manat olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Naziliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, 2500 manat saxta sayt vasitəsilə oğurlanıb. E.Hacıyev bildirib ki, nəzərə almaq lazımdır ki, dəyərindən ucuz hansısa məhsul satışa çıxarılırsa dələduzluqdur:

“Aprelin 26-da və 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165, 160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli, yaxud dəyərindən ucuz satışa çıxarılan məhsullarla bağlı təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik”.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031