Azərbaycanda pensiyalar nə vaxt artırılacaq? - İlkin tarix açıqlandı

23-04-2025, 10:53 167 dəfə baxılıb

 

Azərbaycanda pensiyalar ildə bir dəfə indeksləşdirilsə də, inflyasiya fonunda yeni artımlar gözlənilir. Bildirilir ki, xüsusilə ərzaq və dərman qiymətlərindəki artımla müqayisədə yeni artımlar tətbiq edilməlidir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bununla bağlı yaxın zamanlarda əlavə qərarların olması mümkün deyil:

“Çünki büdcənin formalaşması artıq başa çatıb. Ola bilər ki, iyun ayında büdcəyə yenidən baxılsın və müəyyən dəyişikliklər olsun. Amma mövcud indeksləşmə, yəni təqaüdlərin artırılması gözləntilərə cavab vermir. Ümumiyyətlə, Azərbaycanda təqaüdlərin hesablama qaydası, həcmi suallar yaradır. Fikrimcə, qanunvericilikdə dəyişikliklər, islahatların olması qaçılmazdır”.

İqtisadçı bildirib ki, təqaüdlərin hesablanma qaydaları ilə bağlı da iradlar var:

“Uzun müddətdir müzakirələr getsə də, nəticə yoxdur. Bu istiqamətdə əlavə qanunvericilik təşəbbüsləri olmalıdır”.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031