Azərbaycanlı evdar qadınlara pul veriləcək ? – DETALLAR

21-04-2025, 09:00 69 dəfə baxılıb

 

Bir çox ölkədə evdar qadınlar üçün dəstək proqramı çərçivəsində pensiya və sığorta layihələri hazırlanır.

Belə ki, evdar qadınlar işləyirmiş kimi müəyyən məbləğ ödəyərək sosial təminat, pensiya və sığorta hüquqlarından yararlanırlar.

Belə bir proqramın Azərbaycanda həyata keçirilməsi mümkündürmü?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məsələ ilə bağlı tia.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, Türkiyədə də “Bireysel emeklilik” sistemi var. Bir növ qadınlar özləri özlərinə yatırım edirlər. Bu sistem Türkiyə üçün sərfəlidir. Düşünmürəm ki, bizim vətəndaşlarımız bu sistemə can yandırsınlar.

Ekspertin sözlərinə görə, məsələnin həm iqtisadi, həm də sosial tərəfi var. Sosial tərəfi odur ki, türk və azərbaycanlı qadınların düşüncəsi eyni deyil. Azərbaycanlı qadın düşünür ki, bu pula gərək yoxdur, 60 yaşa ölərəm, qalaram bəlli deyil. Onlar düşünürlər ki, belə bir proqrama pul yatırmaqdansa, bu pulu ya yığaram, ya da ailə büdcəsinə dəstək olaram.

“Amma türk qadını işlədi, işləmədi həyat yoldaşından tələb edir ki, sığorta üçün ödəniş etsin. Azərbaycanlı qadınların təfəkkürü o deyil. Həmçinin bizdə vətəndaşlar minimum əməkhaqqı ilə çalışır. İnsanların dolanışığı buna imkan vermir.
Bundan əlavə, məsələnin iqtisadi tərəfinə gəldikdə isə Türkiyədə inflyasiya yüksəkdir. 6 aydan bir əməkhaqqı yüksəlir. Dəyər bazında götürəndə, bizdə əmək haqqı Türkiyədəki kimi artmır. Bizdə 5-10 manat artım olur. Bizim insanlarımız üçün bu sistem sərfəli deyil”.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031