Neftçilərdən SOS: Pensiya hesablarında müəmmalı dəyişiklik

18-04-2025, 20:32 203 dəfə baxılıb

 

Neftçilərin fərdi şəxsi hesablarında son günlərdə ümumi pensiya kapitalının məbləğində rəqəm dəyişikliyi baş verib. Daha dəqiq desək, məbləğ azaldılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı”nın sədri Mirvari Qəhrəmanlıya neftçilər özləri məlumat verib. M.Qəhrəmanlı bildirib ki, aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətiməlidir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında vətəndaşların (neftçilərin) fərdi şəxsi hesablarında son günlərdə ümumi pensiya kapitalının məbləğində rəqəm dəyişikliyi (azalma) baş verib. Bildiyim qədərilə bəzi əməkdaşlar hətta Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət ediblər. 16.02.2025-ci ildə şəxsən mən özüm elektron kabinetə daxil olduqda mənə aid olan pensiya kapitalının illik cədvəlində 2024-cü ilə aid olan hissənin silindiyini müşahidə etmişdim”.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930