Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq

16-04-2025, 11:19 456 dəfə baxılıb

Hər ötən gün ərzaq məhsulların qiyməti bir az da artır. Xüsusilə əsas istehlak mallarındakı bahalaşma, əhalinin gündəlik həyatına birbaşa təsir edir.

Bəs qarşıdakı günlərdə hansı ərzaqların bahalaşması gözlənilir? Qiymət artımının səbəbləri nədir və bu prosesin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Xalid Kərimli Referans- a açıqlamasında bildirib ki, əslində uzunmüddətli dövrdə hər şeyin bahalaşacağı gözləniləndir. Ölkədə illik inflyasiya təxminən 5–6% səviyyəsində proqnozlaşdırılır. Qısamüddətli dövrdə isə, sabah bazarda nə bahalaşacaqsa, bunu ancaq bahalaşdıranlar bilir. Belə halların qabaqcadan dəqiq proqnozu yoxdur. Tarif Şurasının qiymət artımı qərarları siyasi xarakter daşıyır – bu gün də ola bilər, beş ay sonra da. Ümumilikdə, qiymətlər daim artır. Statistikaya əsasən, son bir ildə ödənişli xidmətlər 7.5%, ərzaq məhsulları 6%, qeyri-ərzaq malları isə 4%-dən çox bahalaşıb.

Ekspert onu da vurğulayıb ki, hazırda xüsusilə duru yağlar, kərə yağı və ət məhsullarının qiymətində artım müşahidə olunur. Hökumətin son qərarları da inflyasiyanı artırıb. Belə ki ötən ilin ikinci yarısında dizel və benzinin, bu ilin əvvəlindən isə işıq və qazın qiyməti artırıldı. Minimal əməkhaqqı da yüksəldildi. Dövlətin bu sahələrdəki qiymət artımı biznesə də təsir göstərir. Çünki bu məhsul və xidmətlərdə alternativ yoxdur – yəni işığı və benzini başqa yerdən almaq mümkün deyil. Bu da ümumi bahalaşmaya yol açır.

"Sahibkarların bütün xərcləri – o cümlədən işçilik – artır və bu da qiymət artımına səbəb olur. Rəqabət imkan verdikcə, qiymətlər yüksəlir. Mərkəzi Bankın son məlumatına görə, inflyasiya ölkədə "dözümlülük həddinin" yuxarı səviyyəsindədir. Meyvə-tərəvəz qiymətləri mövsümə uyğun olaraq müəyyən qədər ucuzlaşsa da, ötən illə müqayisədə yenə də baha olacaq",- deyə ekspert qeyd edib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930