Əlilliyi olanlara ŞAD XƏBƏR: Dövlət güzəşt edəcək

15-04-2025, 15:52 76 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcəklər.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.

Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.

Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bu dəyişiklik əlillərin özünüməşğulluq imkanlarını artıracaq.

“Düşünürəm ki, bu, həm də onların bu sahədəki fəaliyyətini situmullaşdıracaq. Belə ki, bəzi hallarda onların adı sahibkarlıq fəaliyyətində qeyd olunurdu, bu zaman həmin şəxslər müəyyən vergi ödənişləri həyata keçirirdi ki, bu da onların gəlirlərinin azalmasına səbəb olurdu. Amma artıq onlar hər hansı məhsul satışa çıxardıqdan sonra yalnız 2 faiz vergi ödəyərək daha çox gəlir əldə edəcəklər. Bu zaman da onların sosial rifahı yüksələcək. Bu dəyişikliyə əsasən, məşğulluğun daha da artırılması gözlənilir”.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930