“Söndür-yandır, düzələcək” – KTV müştəriləri yola verir – ŞİKAYƏT

14-04-2025, 10:40 3 dəfə baxılıb

 

Son vaxtlar bir çox internet provayderlərində qiymət artımına baxmayaraq keyfiyyət aşağı düşüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Tia.-az-a KTV-dən şikayətini ünvanlayan Xətai r. Vunq Tau qəsəbəsi 15-də yaşayan vətəndaş Gülbəs Həsənova bildirib ki, KTV artıq ağını çıxarıb.

Belə ki, ödənişi yenicə ödədiyinə baxmayaraq 2 gündür internetsiz qalan vətəndaş məcbur olub yuxarı mərtəbədəki qonşunun internetinə qoşulur. KTV-nin qaynar xəttinə dəfələrlə müraciət etsə də əməkdaşlar vətəndaşı yola verərək, “Söndür-yandır, düzələcək” deyiblər. Halbuki ödənişin vaxtı bir gün keçən kimi ödəniş tələb etdikləri halda, öz sorunlarını çözməyə ərinib baxış keçirməyə gəlmirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031