Müavinət və təqaüdlər artacaq – Nazirlər Kabineti təkliflər hazırlayıb

12-04-2025, 13:39 5 dəfə baxılıb

 

“Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cənab Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi. Nazirlər Kabineti 3 ay ərzində təklifləri hazırlayıb dövlət başçısına təqdim etməli idi”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bunu Modern.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.Onun sözlərinə görə, təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə verilən vaxt başa çatıb:

“Güman olunur ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunub. Təbii ki, təkliflərin qiymətləndirilməsi həyata keçirildikdən sonra prosedurlara uyğun olaraq növbəti mərhələdə cənab Prezident tərəfindən sənədin imzalanacağı gözlənilir. Bununla da sosial paketin yeni mərhələsində biz sosial müavinətlər və təqaüdlərin artmasını müşahidə edəcəyik.

“Hansı sosial müavinətər və təqaüdlərdə artımın olması isə sənəd imzalandıqdan sonra məlum olacaq. Bu istiqamətdə həm də büdcə müzakirələrində Milli Məclisə təkliflər təqdim olunub. Eyni zamanda mediada müzakirə aparılıb. Amma konkret olaraq hansı sosial müavinət və təqaüdlərin artırılması sənəd imzalandıqdan sonra bəlli olacaq. Bütün hallarda sosial paketin növbəti mərhələsində müavinətlərin və təqaüdlərin artırılmasını müşahidə edəcəyik”, – V.Bayramov qeyd edib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930