Müvafiq orqanlar qarşısında məsələ qaldırılmalıdır – SOSİOLOQ

11-04-2025, 10:39 1 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub. Eyni zamanda Bakının kənd və qəsəbələrində, Mingəçevirdə belə hallara tez-tez rast gəlinir. Bakıda müəyyən qurumlar olsa da görünən odur ki, digər şəhərlərdə eləcə də Bakının özündə bununla bağlı tədbirlər görülmür.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, çox təəsüflər olsun, bu problem getdikcə daha da kəskinləşir. Bu da fundamental səbəblərlə bağlıdır.

Sosioloqu sözlərinə görə, insanlar getdikcə heyvanların yaşayış yerlərini işğal etdikcə, bunlar küçə heyvanı formasına keçir. Bir çox heyvan da qida çatışmazlığından dolayı aqressivləşib insanlara, hətta uşaqlara da hücum edirlər.

“Bu problemin həlli məlumdur. Dünyada bunu xüsusi məntəqələr təşkil edirlər. Bizdə də” Toplan” adlı məntəqə yaradılıb. Orada heyvanlar qida ilə təmin olunur, quduzluğa qarşı peyvənd edilir. Bu sivil bir həll yoludur. Yaxşı olar ki, belə məntəqələrin sayı artsın. Məsələnin başqa həll yolu yoxdur. Amma heyvanların öldürülməsinə qarşıyam. Bəzi hallarda küçə heyvanları öldürülür. Hər bir canlının yaşamaq hüququ var. Heyvan hüquqları təşkilatları var. Onlar bu məsələdə aktiv olmalıdır. Müvafiq orqanlar qarşısında onlar məsələ qaldırmalıdır. Proses nəzarətdə saxlanılmalıdır. Təəssüf ki, bu sahədə heç bir reaksiya yoxdur”.Tia.az



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930