Gələn aydan Bakı-Tbilisi qatarı açılır? - Görüntülər YAYILDI

9-04-2025, 12:07 354 dəfə baxılıb

 

Azərbaycan Dəmir Yollarına aid sürət qatarı Tbilisidə görünüb. 

Milli.Az xəbər verir ki, bu barədə fotolar yayılıb.

İddiaya görə mayın 1-də Bakı-Tbilisi-Bakı qatarı işə düşəcəyi üçün qatarımız yoxlama məqsədi ilə Tbilisiyə göndərilib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxladıq. Qurumdan Milli.Az-ın sorğsuna cavab olaraq bildirildi ki, həmin fotodakı qatar sərnişin qatarı deyil, relsləri yoxlayan, başqa sözlə, relslərin diaqnostikasını aparan qatardır.

Bu şəkil Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımasının yenidən bərpa edilməsi mövzusunu yenidən gündəmə gətirir. Ötən aylarda Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi 2 ölkə arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa edilməsi ilə bağlı məlumat yaymışdı. 

Bəs Bakı-Tbilisi qatarının açılması nəzərdə tutulur?

ADY-dən bildirildi ki, bu məsələ xüsusi karantin rejiminin tətbiqi və sərhədlərin bağlı olması ilə bağlı məsələdir.Milli.az

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031