Gözəllik salonlarında ciddi yoxlamalar APARILIR

7-04-2025, 10:26 169 dəfə baxılıb

 

Bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaradır.

Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdəki elanlardan məlum olur ki, belə salonlarda müxtəlif dəri təmizləmə və pilinq, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda, lazer epilyasiyası kimi kosmetoloji xidmətlər həyata keçirilir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, gözəllik salonları tibb müəssisələrindəki sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.

Keçirilən yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilr.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930