Rayonlarda "DOST" filiallarının avadanlıqla təminatı eyni şirkətə verildi - TƏFƏRRÜAT

6-04-2025, 18:08 65 dəfə baxılıb

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) Tərtər və Neftçala rayonlarındakı DOST filialları üçün avadanlıq alınması məqsədilə iki ayrı tender keçirib. Maraqlısı odur ki, hər iki tenderin qalibi eyni şirkət olub.

 Yenisirvanli.İnfo.Az bildirir ki,tender məlumatlarına əsasən, Tərtər filialı üçün müxtəlif növ avadanlıqların alınması üzrə tenderin qalibi “Mac Constructıon” MMC olub. Bu satınalma üzrə müqavilənin dəyəri 497 min 551 manat 96 qəpik təşkil edir.

İkinci tender isə Neftçala DOST filialı üçün nəzərdə tutulub. Bu dəfə də qalib dəyişməyib – yenə də “Mac Constructıon” MMC. Lakin bu müqavilənin dəyəri daha yüksəkdir – 755 min 606 manat 19 qəpik.

Beləliklə, iki tenderin ümumi dəyəri 1 milyon 253 min manatdan çoxdur və bu məbləğin tamamı eyni şirkətə ötürülüb."DİA-AZ" 


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031