Müharibə veteranlarına ŞAD XƏBƏR: 80 manatlıq müavinət artırılacaq

5-04-2025, 11:02 617 dəfə baxılıb

“Yaxın zamanda Azərbaycanda bütün növ müavinətlərin artımı gözlənilir. Bura veteranlara verilən 80 manatın artımı da daxil ola bilər”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa “Referans”-a açıqlamasında deyib.
“Artım bütün sahələri əhatə edəcək. Konkret olaraq məbləğ hələ ki məlum deyil lakin veteranlara verilən 80 manat məbləğində müavinətin də nəzərdə tutulan artımlar çərçivəsində altırılacağı gözlənilir. Bu təklif Milli Məclisdə dəfələrlə səsləndirilib. Ümid edirik ki, belə bir artım olacaq. Demək olar ki, bütün sahələrdə ilin başlanğıcında belə artımlar nəzərdə tutulur. Ölkə Başçısı aztəminatlı, sosial dəstəyə ehtiyacı olan insanların problemlərini müəyyən dərəcədə ortadan qaldırmaq üçün bu addımları mütəmadi olaraq atır. Bu dəfə də bu addımın atılması gözlənilir”.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031